Amma Filemon iddia edir ki, komandanın qaldığı oteldə olub. O, yaxın günlərdə mətbuat konfransı keçirərərk, qovulmasının əsl səbəblərini açıqlamayacağına söz verib. Eyni zamanda, təcrübəli mütəxəssis Anqola Futbol Federasiyasının 8 ay ərzində ona əmək haqqı ödəmədiyini bildirib.
Qeyd edək ki, Romeu Filemon Anqola millisinə 2014-cü ilin avqustunda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığma DÇ-2018-in final mərhələsinə yüksələ bilməyib. Anqola dünya çempionatlarının final mərhələsində yalnız bir dəfə - DÇ-2016-da təmsil olunub və qrupdan çıxa bilməyib.