Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə birinci yeri “Paşa Sığorta” şirkəti tutub

Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə birinci yeri “Paşa Sığorta” şirkəti tutub

Date: 29 December 2015 12:43


Bakı, 29 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, birinci yeri “Paşa Sığorta” şirkəti tutub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, şirkət 11 ayda 59,7 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 50,9 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 40,8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (38,2 milyon manat) və “Atəşgah Həyat Sığorta” (35 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 56 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 225 milyon manat) düşür.
Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (961 min manat), “Amrah Sığorta” (818 min manat), “Azərqarant” (221 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,1 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5 faizini təşkil edib.
Lisenziyası ötən ilin dekabrında dayandırılmış, bu ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 50 milyon manatdan çox, 1-də 40 milyon manatdan çox, 3 şirkətdə 30 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 5 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.
11 ayda sığorta ödənişlərinin məbləğinə görə də birinci yerdə “PAŞA Sığorta” şirkətidir – 27,4 milyon manat. Sonrakı yerləri tutmuş “Qala Həyat Sığorta”nın ödənişləri 17 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 14,4 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (12,8 milyon manat) və “Azərsığorta” (11,6 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 53 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 83 milyon manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,2 faizini təşkil edir.
 

Tags:  Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə birinci yeri Paşa Sığorta şirkəti tutub


RƏYLƏR


Top news