Vladimir Putin: "Qatıq içək"

Vladimir Putin: "Qatıq içək"
13:11 29 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin "dünyanı dəyişdirən sözlərindən" ibarət kitab hazırlanıb.

ANS PRESS-in məlumatına görə, Guardian qəzetində yer alan bir xəbərdə deyilir ki, yeni il hədiyyəsi kimi millət vəkilləri və digər siyasətçilərə Rusiya prezidenti Vladimir Putinin danışdığı sözlərdən ibarət 400 səhifəlik bir kitabı veriblər.

Xəbərə görə, "Dünyanı dəyişdirən sözlər" adlı kitabı nəşr etdirən gəncin sözlərinə əsasən, prezidentin sözləri həqiqətlərə uyğundur:

"Bir il əvvəl fikir verdim ki, Putinin dediyi sözlər həyata keçir. Buna görə də, onun bütün danışdıqlarını araşdırmağa qərar verdim. Nəticədə gördüm ki, onun dedikləri ya olur, ya da olmaq üzrədir..." deyə gənc naşir Valodin söyləyib.


Vladimir Putinin sözlərindən ibarət kitab


Kitab 19 məqalə və çıxışlardan ibarətdir. Nəşr olunan yeni kitab ölkə başçısının 2003-cü ildən başlayaraq danışdıqları ilə başlayır və bu il Birləşmiş Millətlər Təşkilatındakı (BMT) çıxışı ilə tamamlanır.

Volodin kitabın nəşrinə kimin maliyyə ayırdığını deməsə də, o, Putini rusların atası adlandırıb. "Biz atamızla eyni fikirdəyik. Onun gücü ilə döyüşür, mübarizə aparırıq. Onunla birgə gələcəyə istiqamətlənirik", - deyə o, bildirib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov kitabdan ötən gün xəbər tutduğunu vurğulayıb. Kitabın üz qabığında "Vurduqca, daha da güclənirik", "Rusiya mənim həyatım", "Qatıq içək" kimi ölkə başçısının sözləri yer alıb.


Dmitri Peskov - Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri


Guardian qəzetində yazılıb ki, kitab yanvarın sonunda satışa çıxarılacaq. İqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, bu kitab, Vladimir Putinə dəstək olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR