Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputatlar devalvasiya təklifləri

Deputatlar devalvasiya təklifləri

Date: 29 December 2015 13:46

Azərbaycan hökuməti son dövrdə yaranmış çətin iqtisadi vəziyətdən çıxmaqla bağlı tədbirlər planı hazırlayıb. Yaxın vaxtlarda bu açıqlanacaq. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin bu il üçün olan sonuncu plenar iclasında spiker Oqtay Əsədov deyib.

O, qeyd edib ki, bu tədbirlərin nəticəsini xalqın vəziyyəti daha da yaxşılaşacaq. O.Əsədov bankların kreditlə bağlı probleminə də toxunub və deyib ki, bu məsələ planlı şəkildə həyata keçirməlidir.

Devalvasiya ilə bağlı parlamentdə başqa təkliflər də səslənib. Zahid Oruc bəzi agentlik və komitələrin ləğvini təklif edib. O, deyib ki, yaranmış vəziyyətlə əlaqədar bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxılmalı və artıq məmur yükündən xilas olunmalıdır.

Deputat Vahid Əhmədov isə 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılması barədə təkliflə çıxış edib. "Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin". Deputat daha bir tklifinin bankların birləşməsi ilə bağlı olduğunu deyib. "Hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.

Qüdrət Həsənquliyev də krediti köhnə məzənnə ilə ödənməsinin lehinə çıxış edib. "Banklar 30-36 faizlə kredit verir. Zəhmət çəkib ən azı 370 nəfəri öz üzərinə götürüb köhnə faizlə kredit versinlər”.

Əli Məsimli isə bayramda ajiotajın yaranmasının qarşısı alınmalı olduğunu deyib. Onun sözlərinə görə, "qara bazar"dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər. "Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək".

Tags:  Deputatlar devalvasiya təklifləri


RƏYLƏR


Top news