"BakuBus"dan sərnişinlərə bayram jesti

"BakuBus"dan sərnişinlərə bayram jesti
14:37 29 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

"BakuBus" MMC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişin avtobuslarının iş vaxtını uzadacaq. Milli.Az xəbər verir ki, bunu şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu gün keçirilən mətbuat konfransında deyib.

N.Allahyarova qeyd edib ki, şirkətin avtobuslarının iş vaxtı digər avtobuslara nisbətən daha çox uzadılıb: 

"Bildiyiniz kimi, bütün ictimai nəqliyyat vasitələri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bayramla əlaqədar saat 01:00-dək işləyəcək. Biz isə avtobuslarımızın iş vaxtını saat 02:00-dək uzatmaq qərarına gəldik. Amma böyük sərnişin axını olarsa, avtobusların iş vaxtı yanvarın 1-də saat 03:00-dək uzadıla bilər.

Onun sözlərinə görə, hazırda "BakuBus" MMC-nin 14 marşrut üzrə 302 avtobusu fəaliyyət göstərir.
 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR