Yeni İnzibati Xətalar Məcəlləsi təsdiq edilib

Yeni İnzibati Xətalar Məcəlləsi təsdiq edilib
15:28 29 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Dekabrın 29-da Milli Məclisin plenar iclasında yeni İnzibati Xətalar Məcəlləsi təsdiq edilib.
Qanun layihəsi haqqında məlumat verən deputat Vüsal Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsi hər bir ölkənin hüquq sistemində məsuliyyət müəyyən edən önəmli qanunlardan biridir. Buna görə də Məcəlləyə tez-tez əlavə və dəyişikliklər edilir. Ölkəmizdə hazırkı İnzibati Xətalar Məcəlləsi 2000-ci il iyunun 11-də qəbul edilib. İndiyədək bu Məcəlləyə 280-dən çox əlavə və dəyişiklik edilib. Bu gün parlamentin müzakirəsinə təqdim edilən İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir. Məzmun, struktur baxımından təkmilləşdirilən yeni Məcəllə 608 maddə və 40 fəsildən ibarətdir. Mövcud Məcəllə ilə müqayisədə yeni sənədə 5 fəsil və 150 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib ki, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır. Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, sənəd normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununa tam uyğunlaşdırılıb. Bir-birini təkrarlayan, qeyri-müəyyən olan maddələr Məcəllədən çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Inzibati_Xetalar_Mecellesi_tesdiq_edilib-915298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR