Milyarder şeyxin milyardlıq xəstə ziyarəti

Milyarder şeyxin milyardlıq xəstə ziyarəti
15:41 29 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Milyarder ərəb əmirləri, şeyxləri yenə bədxərclikləri ilə gündəmə gəliblər. ANS PRESS-in məlumatına görə, Qətər əmiri Şeyx Hamid bin Xalifə əl Tani tətil zamanı ayağını sındırıb. Əməliyyat üçün o təcili olaraq İsveçrəyə uçmalı olub.

Bu xəbəri alan Qətər kral ailəsinin üzvləri onun ziyarətinə gediblər. Ailə üzvləri İsveçrəyə getmək üçün 9 təyyarədən istifadə ediblər. Hava gəmilərindən biri "Airbus" olub. Təyyarələr İsveçrənin Sürix şəhərinə eniş edib.

Təyyarələr qısa zaman fərqli ilə hava limanına eniş ediblər. Onlardan ancaq ikisinin Doha şəhərindən gəldiyi deyilir.
63 yaşlı şeyxin əməliyyatı Sürixdə olub. Hökumət əmirin ayağının harada və hansı şəraitdə sınması barədə heç bir açıqlama verməyib. Ancaq onun ailəsi ilə birlikdə Atlas dağlarında tətildə olduğu bəllidir.


Qətər hava yollarına məxsus təyyarə

Ümumiyyətlə son zamanlar Şeyx Hamidin sağlamlığı ilə bağlı problemlərin ciddiləşdiyi bildirilir. 1995-ci ildə hakimiyyətə gələn şeyx vəzifəsini 2013-cü ildə oğlu - şeyx Tamimə ötürüb.


Şeyx və onun oğlu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR