Badamdar qəsəbəsi fasiləsiz olaraq  içməli su ilə təmin olunacaq

Badamdar qəsəbəsi fasiləsiz olaraq  içməli su ilə təmin olunacaq
15:43 29 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Səbail rayonu, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” ASC tərəfindən qəsəbədə 57,5 kilometr uzunluğunda içməli su, 61,6 kilometr uzunluğunda kanalizasiya xətlərinin inşası nəzərdə tutulub.
Bu barədə “Azərsu” ASC-nin departament rəhbəri Bahadur Kəngərli jurnalistlərə müsahibəsində deyib.
O, bildirib ki, hazırda bu ərazidə su təchizatı və kanalizasiya sistemlərinin böyük bir hissəsi əhali tərəfindən primitiv üsulla inşa olunub. Layihə çərçivəsində isə yüksək standartlara uyğun yeni sistemlərin tikintisi planlaşdırılıb. Bu da qəsəbə ərazisinin 24 saat fasiləsiz və keyfiyyətli su ilə təmin olunmasına imkan verəcək. Lakin qəsəbənin fərdi yaşayış yerlərində küçələrin darlığı və bir çox kommunikasiyaların mövcudluğu bu sistemlərin inşasında müəyyən çətinliklər yaradacaq. Odur ki, “Azərsu” ASC
əhalinin bu işlərin görülməsinə şərait yaradacağına ümidvardır. Ümumilikdə isə yenidənqurma işləri qəsəbə ərazisində 120 min sakinin su ilə təmin olunmasına imkan verəcək.
B.Kəngərli həmçinin “Azərsu” ASC tərəfindən icrasına başlanılmış layihələrin davam etdiriləcəyini qeyd edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Badamdar_qesebesi_fasilesiz_olaraq_ichmeli_su_ile_temin_olunacaq-915305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR