Terrorçu-kamikadze özünü partlatdı: 29 ölü

Terrorçu-kamikadze özünü partlatdı: 29 ölü
16:05 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın Peşavar şəhərindəki Daxili İşlər Nazirliyi pasport-viza xidmətinin binasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 29-a çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Geo Tv" telekanalı məlumat yayıb.
 
Məlumata görə, xəstəxanalara gətirilən yaralıların sayı 40-dan çoxdur.
 
Tibb işçiləri ölü sayının artacağını istisna etmirlər.
 
Terror aktına görə məsuliyyəti "Taliban"la bağlılığı olan "Camaat ul Əhrar" qruplaşması öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR