Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Bayram günlərində metro stansiyalarında konsert olacaq (17 Mart 2017 13:47)
Metroda konsert olacaq (17 Mart 2017 13:13)
Bayram günlərində metroda konsert proramı təşkil olunacaq (17 Mart 2017 11:19)

Tarix: 29 Dekabr 2015 16:18


Moskva, 29 dekabr, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirib.
ÜAK-ın Moskva regional bölməsinin icraçı direktoru Şamil Tağıyev tədbiri açaraq bütün iştirakçıları ümummilli həmrəylik bayramı və qarşıdan gələn Yeni İl münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev bu bayramın tarixi barədə söhbət açaraq, dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiyadakı nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev, ÜAK-ın icraçı direktorunun müavini Cavid İbrahimov və başqaları güclü Azərbaycan diasporunun yaradılmasında ümummilli lider Heydər Əliyevin rolunu qeyd edərək, Vətənimizin hüdudlarından kənarda azərbaycanlı gənclərin sıx birləşməsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və bu qurumun rəhbəri Leyla Əliyevanın xüsusi rolunu vurğulaylıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Teqlər:  Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib



RƏYLƏR


Top xəbərlər