Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rubl yenə çökür

Rubl yenə çökür

Date: 29 December 2015 16:32

Rusiyada rublun sabit dönər valyutalara olan kursunun üzüaşağı hərəkəti bu gün də davam edib.

Milli.Az bildirir ki, Rusiya Bankı bu gün rublun ABŞ dollarına olan kursunu 30 dekabr üçün 72,51 rubl səviyyəsində müəyyənləşdirib. Bu isə dolların 1,72 rubl bahalaşması deməkdir.


Avro da 1,94 rubl bahalaşaraq 79,55 rubl olub.
Rusiyada bivalyuta zənbilinin (0,55 dollar və 0,45 avro) rəsmi kurslarla hesablanmış dəyəri 1,82 rubl artaraq 75,678 rubl təşkil edib.
Dünən rubl 2015-ci ildə rekord dərəcədə ucuzlaşmış, 1 dollar 72 rubl olmuşdu.
 

Milli.Az


Tags:  Rubl yenə çökür


RƏYLƏR


Top news