Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində piyada səkiləri tikilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində piyada səkiləri tikilir
16:58 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Hökməli dairə”sindən Müşfiqabad qəsəbəsinə qədər olan hissəsində piyada səkilərinin tikintisi işləri görülür.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, yol boyu hər iki istiqamət üzrə salınan səkilərin eni 1,5 metrdir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.
Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa, mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3 metrdir.
Eyni zamanda, Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”nə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər.
Təmir-tikinti işləri müvafiq cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Samaxi_Yevlax_avtomobil_yolunun_bir_hissesinde_piyada_sekileri_tikilir-915345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR