Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya azərbaycanlı politoloqu "absurdlar" siyahısına saldı

Rusiya azərbaycanlı politoloqu "absurdlar" siyahısına saldı

Date: 29 December 2015 17:41

Rusiya mətbuatı keçmiş SSRİ-nin ən absurd fikirlər səsləndirən alimləri və siyasətçiləri ilə bağlı hesabat hazırlayıb. Siyahıda bir çox tanınmış şəxslər yer alıb. Liderliyi isə Ukrayna Ali Radanın deputatı ,Radikal partiyanın rəhbəri Oleq Lyaşko edir. O,Ukrayna Ali Radasının spikeri Vladimir Qroysmanı rüşvətxorluqda ittiham edib.


Vladimir Qroysman-Ukrayna Ali Radasının spikeri

Bundan başqa siyahıda Qırğızıstan Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdraxman Alımbayev, 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatçısı, Svetlana Alekseyiviç,Ukraynanın Odessa əyalətinin qubernatoru Mixail Sarkaşvili,Özbəkistan baş nazirinin köməkçisi Elmira Basitxanova və Belarusiyanın prezidenti Aleksandr Lukaşenko yer alıb.


Mixail Sarkaşvili-Odessa əyalətinin qubernatoru



Aleksandr Lukaşenko-Belarus prezidenti

Absurd çıxışların siyahısında Azərbaycan Siyasi İnnovasiya və Texnalogiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu da yer alıb. O, Rusiaya Xarici İşlər Nazirliyini Rusiya və Ermənistanın birgə strukturu adlandırırb. Politoloq 19 noyabr keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri və onun sözçüsü Mariya Zaxarovanı ermənipərəst siyasət yürütməkdə ittiham edib. Politoloq Xarici İşlər Naziri Sergey Lavrovun İrəvana səfərinə də reaksiya göstərib:

"Heç kim Rusiyada yaşayan ermənilərin gücünə şübhə etmir. Lakin Vladimir Putin yeganə Rusiya prezidentidir ki, onun ətrafında ermənilər yoxdur. Azərbaycan və Rusiya siyasətində əsas rol oynayanlarsa Rusiyanın Xarici İşlər Nazirliyidir. Belə də olmalı idi. Rusiya Xarici İşlər Nazirliyi-Ermənistan və Rusiyanın birgə strukturudur. Nazirliyin rəhbər işçilərinin böyük əksəriyyəti demək olar ki, ermənilər və onlarla əlaqəli şəxslərdir."


Mübariz Əhmədoğlu- Analitik

Əhmədoğlu onu da bildirib ki, Xarici İşlər Naziri Sergey Lavrov heç vaxt erməni mənşəli olduğunu gizlətməyib. Onun sözlərinə görə, Kreml həmişə Azərbaycanla əlaqələrini inkişaf etdirmək istəyib, amma Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan - Rusiya münasibətlərinə daim ermənilərin prizmasından baxıb. Belə düşüncə sahibi tək Zaxarov deyil. Analitikin fikrincə, Rusiyada ermənipərəst məmurlar çoxdur.

Tags:  Rusiya azərbaycanlı politoloqu absurdlar siyahısına saldı


RƏYLƏR


Top news