“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin üzvü və prezidenti Levent Kafkaslıdan

18:08 29 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev,
“Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin rəhbərliyiniz ilə həyata keçirilən quruculuq işlərinin nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatı ildən-ilə güclənir, mühüm uğurlar əldə edilir, ictimai dəyişikliklər baş verir. Müəyyənləşdirdiyiniz yolla gözəl gələcəyə doğru inamla irəliləyən Azərbaycan daha da yüksək müvəffəqiyyətlərə nail olacaq.
Cənab Prezident, Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxt həyat, dost və qardaş Azərbaycan xalqının əmin-amanlıq və rifah dolu gələcəyi naminə Sizə yeni-yeni zəfərlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Levent Kafkaslı
“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin üzvü və prezidenti

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tekfen_Insaat_sirketinin_Idare_Heyetinin_uzvu_ve_prezidenti_Levent_Kafkaslidan-915370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR