Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi “Yeni Malatyaspor” komandasında çıxış edəcək

“Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi “Yeni Malatyaspor” komandasında çıxış edəcək

Date: 29 December 2015 18:18


Bakı, 29 dekabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun sabiq yarımmüdafiəçisi Muarem Muaremin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, o, bundan sonra Türkiyənin “Yeni Malatyaspor” klubunda çıxış edəcək.
Makedoniyalı yarımmüdafiəçi yayda "Qarabağ"dan ayrılaraq Türkiyə Super Liqasında çıxış edən “Əskişəhərspor”a keçmişdi. Amma o, bu komandada oynamaq şansı qazanmadığından müqaviləni qarşılıqlı razılıq əsasında pozmuşdu. Məhz ondan sonra futbolçunun yenidən Ağdam klubuna qayıdacağı gözlənilirdi. Lakin göründüyü kimi, M,Muarem fərqli addım ataraq, PTT 1-ci liqa klubuna keçməyə üstünlük verib.

Tags:  Qarabağ klubunun sabiq yarımmüdafiəçisi Yeni Malatyaspor komandasında çıxış edəcək



RƏYLƏR


Top news