Zaqatalada bilik yarışının qalibləri mükafatlandırılıb

18:23 29 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 29 dekabr, AZƏRTAC
Zaqatala rayonunda məktəblilər arasında “Doğma Azərbaycan, ana yurdum mənim” devizi altında keçirilən intellektual bilik yarışına dekabrın 29-da yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan bilik yarışında rayonun müxtəlif məktəblərini təmsil edən 8 komanda mübarizə aparıb.
Bu münasibətlə keçirilən tədbirdə şagirdlərin bilik və bacarıqlarını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək baxımından belə yarışların böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Maraqlı mübarizə şəraitində keçən yarışın yekununda münsiflər heyətinin rəyinə əsasən, Zaqatala şəhərindəki humanitar fənlər gimnaziyasının komandası birinci yerə və kuboka layiq görülüb. Bilik yarışında fərqlənən digər komandalar da diplom və hədiyyələrlə mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_bilik_yarisinin_qalibleri_mukafatlandirilib-915382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR