Uşaqdan əsgərə məktub

Uşaqdan əsgərə məktub
18:37 29 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Əsgər təpədə düşmənlə üzbəüz döyüş postunu yenicə təhvil verib istirahət etməyə aşağı düşmüşdü. Çox yorğun idi. Ayaqları, əlləri az qala donmuşdu. Qarlı, şaxtalı havadan sonra isti blindajda qızınmaq istəyirdi. Yatıb dincəlmək üçün çox az vaxtı vardı. Düşüncələrə dalmışdı. Birdən dedilər ki, sənə məktub gəlib. Axı o heç kimdən məktub gözləmirdi. Evdəkilərlə də komandirinin telefonu ilə iki gün öncə danışmışdı. Məktubu aldı. Amma üstündəki adı, soyadı tanımadı. Təəccüb içində az qala donmuş barmaqları ilə zərfi cırıb məktubu açdı: 

"Salam, əsgər!

Əsgər, sən məni heç vaxt görməmisən, elə mən də səni. Amma mən səni, oradakı bütün əsgərləri qardaşım kimi çox istəyirəm. Onlara da de, mən sənə və onlara "çox sağ olun" deyirəm. Axı siz orada bizi qorumasaz, biz burada rahat yatıb-dura, oxuya, gəzə, oynaya bilmərik.

Evdə 3 uşağın hamısından balaca olduğuma görə mənə evin sonbeşiyi deyirlər. Qardaşım da indi sizin kimi əsgərlikdədir. Bilirəm ki, indi siz də səngərdə düşmənlə üzbəüz dayanmısız. Hətta sizin bu məktubu oxumağa çox vaxtınızın olmadığını da bilirəm. Amma mən inanıram ki, siz düşmənlərdən qorxmursuz və biz tezliklə qalib gələcəyik.

Atamız deyir ki, bizim babamız faşistlərlə döyüşmək üçün 1941-ci ildə müharibəyə gedib, qayıtmayıb. O zaman da faşistlər çoxlu insanları öldürdülər, torpaqlarımızı tutdular. Amma axırda biz qalib gəldik. İndi də erməni faşistləri torpaqlarımızı tutublar. Onlar  azərbaycanlıları öldürür, vəhşilik edirlər.

Əsgərlikdə olan qardaşım deyir ki, böyük qardaşımızın və əmimizin intiqamını almadan qayıtmayacaq. Hə, sizə deməyi unutmuşdum. Axı mənim əmim və böyük qardaşım da əsgər olublar. Mən əmimi görməmişəm. Deyirlər, o, hələ 23 il əvvəl Qarabağda döyüşlərdə şəhid olub. Qardaşım isə xaricdə oxuyurdu. Oradan qayıdan kimi də əsgərliyə getdi. Dedi ki, əgər Mübariz İbrahimov kimi igid məni və ailəmi qorumaq üçün şəhid olubsa, mən burada rahat gəzə bilmərəm, mən də gedib bizim, onun və dostlarımın ailəsini qorumalıyam. Amma o, evə qayıda bilmədi... O da şəhid oldu... Amma bilirəm ki, əmim də,  qardaşım da ölməyiblər. Çünki oxumuşam ki, şəhidlərə ölü demək olmaz. Onlar həmişə diridirlər...

Amma qardaşım üçün çox darıxıram... Yadımdadır, o, tez-tez himnimizi oxuyardı. Himndə ən çox xoşu gələn yer, bilirsən, hansı idi? Bax bu: "Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!"

Bilirəm ki, siz də orada himnimizi tez-tez oxuyursuz. Amma mən sənin və oradakı əsgərlərimizin ölməsini istəmirəm. İstəyirəm ki, siz də, o biri qardaşım da düşmənləri məhv edib sağ-salamat evə qayıdasız. Axı sizi də mənim kimi gözləyən balaca bacılarınız, qardaşlarınız, atanız-ananız var.

Atamız bizə deyir ki, Allah bizi çox sevir. O, bunu Quranda oxuyub. Bilirəm ki, O, məni də çox sevir. Amma Allah pislik, vəhşilik edənləri sevmir. Allah səni də çox sevir. Çünki sən pis adamlarla döyüşürsən.

Heyf ki, oğlan deyiləm. Amma mən də sənin kimi, qardaşlarım kimi Vətənimizi, uşaqları qoruyacam. Bilirsən, mən böyüyəndə həkim olmaq istəyirəm. İstəyirəm ki, bütün uşaqlar sağlam olsunlar. Heç kim xəstələnməsin, ölməsin...

Mən ermənilərin azərbaycanlı uşaqları necə öldürməsi haqqında çox oxumuşam. Televizorda Xocalı soyqırımını görəndə istədim ki, siz onları buradan qovasız, məhv edəsiz. Əgər qardaşım, sən və oradakı əsgərlər onları məhv etməsəz, düşmənlər gəlib məni də, dostlarımı da öldürərlər axı...

Əsgər, bilirəm ki, sən məni görməsən də, çox istəyirsən. Çünki bəlkə, sənin də mənim kimi balaca bacın, qardaşın var. Ona görə də bilirəm ki, qoymazsan ki, onlar gəlib bizi öldürsünlər..."

Əsgər məktubu oxuyub bitirəndən sonra da bir xeyli donub qaldı. Bu dəfə onu şaxta yox, sözlər dondurmuşdu. Amma bu sözlər ona əlavə güc verirdi. İndi o, yatmaq haqqında yox, yenidən döyüş postuna, bu dəfə daha ürəkli, daha həvəslə qayıtmaq istəyirdi... 

Qeyd: Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar" adlı müsabiqəsinə təqdim olunur.

Pünhan Mirzə
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Kapital Bank” SABAH qruplarının tələbələri ilə görüş keçirib

28 Aprel 2017 10:42

Türkiyədə növbəti terror: 1 şəhid, 3 yaralı

28 Aprel 2017 10:39

QHT sədrinin cəzası azaldılıb

28 Aprel 2017 10:37

Şampuna 1 qaşıq şəkər qatın

28 Aprel 2017 10:37

Telman İsmayılov sifarişli qətllərdə ittiham olunur: biznesmenlər, qanuni oğru...

28 Aprel 2017 10:34

General nazirin qardaşı oğlunu Sabirabada rəis göndərdi

28 Aprel 2017 10:33

Azərbaycanın biznes missiyası Dubayda olub

28 Aprel 2017 10:32

Cənubi koreyalı 4 xizəkçi Asiya Oyunları vaxtı pivə içdikləri üçün diskvalifika olunub

28 Aprel 2017 10:32

Kənan İmirzalıoğlunun saqqalı 145 mindir...

28 Aprel 2017 10:32

Raquf Orucovun xanımına vəzifə verildi

28 Aprel 2017 10:29

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib

28 Aprel 2017 10:27

Putin Abe ilə nəyi müzakirə etdi?

28 Aprel 2017 10:23

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib

28 Aprel 2017 10:21

Gəncədə maşın 3 piyadanı vurdu

28 Aprel 2017 10:19

Nura Suri od püskürdü: “Paxilliqdan qocalmısınız”

28 Aprel 2017 10:18

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

28 Aprel 2017 10:17

FİFA referisi “Bakı Marafonu 2017”də iştirak edəcək

28 Aprel 2017 10:17

Boşanmış azərbaycanlı müğənni yenidən evlənir?

28 Aprel 2017 10:17

Azərbaycan Türkiyəyə qaz ixracını kəskin azaltdı

28 Aprel 2017 10:14

Tarixdə bu gün nələr baş verib?

28 Aprel 2017 10:14

Özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istədi

28 Aprel 2017 10:09

Yaponiyada vulkan püskürdü - FOTO

28 Aprel 2017 10:08

Stalinin hələ də gizli saxlanılan donuz damındakı YERALTI SIĞINACAĞI - FOTOLAR

28 Aprel 2017 09:58

ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”

28 Aprel 2017 09:57

Azərbaycan nefti

28 Aprel 2017 09:55

Cəbhədən SON XƏBƏR

28 Aprel 2017 09:53

Sulutəpədə 50 yaşlı kişi intihar edib

28 Aprel 2017 09:52

Atəşkəs 120 dəfə pozulub

28 Aprel 2017 09:49

Tramp Cənubi Koreyadan 1 milyard dollar istədi

28 Aprel 2017 09:48

Fahriye Evcenin keçmiş nişanlısı Burak Özçiviti özündən çıxartdı - FOTOLAR

28 Aprel 2017 09:48

Ermənilər atəşkəs rejimini 120 dəfə pozub

28 Aprel 2017 09:47

Cəbhədən xəbər var

28 Aprel 2017 09:44

Azərbaycan nefti ucuzlaşıb

28 Aprel 2017 09:42

Musiqili Teatrın may ayı üçün repertuarı açıqlanıb

28 Aprel 2017 09:42

II Nikolayın Türkiyədəki malikanəsi otel oldu – FOTOLAR

28 Aprel 2017 09:38

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən salınır

28 Aprel 2017 09:37

Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

28 Aprel 2017 09:32

Aprel döyüşlərində şəhid olan polkovnikin həyat yoldaşına

28 Aprel 2017 09:32

Neft bahalaşdı

28 Aprel 2017 09:29

VALYUTA MƏZƏNNƏLƏRİ

28 Aprel 2017 09:28

Elmar Məmmədyarov: "Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq"

28 Aprel 2017 09:27

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.04.2017)

28 Aprel 2017 09:27

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

28 Aprel 2017 09:27

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (28.04.2017)

28 Aprel 2017 09:27

Külək beşmərtəbəli binanın damını uçurdu - XAÇMAZDA

28 Aprel 2017 09:18

Dollar sabit qaldı

28 Aprel 2017 09:15

Neft bahalaşdı

28 Aprel 2017 09:13

Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir

28 Aprel 2017 09:12

Tanınmış müğənniyə ağır itki

28 Aprel 2017 09:02

Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb

28 Aprel 2017 08:57