Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mixael Şumaxerin bahalı müalicəsi nəticə vermir

Date: 29 December 2015 18:58


Bakı, 29 dekabr, AZƏRTAC
Formula-1 yarışlarının əfsanəvi pilotu Mixael Şumaxerin səhhətində irəliləyiş yoxdur. Onun ailəsi müalicəyə külli miqdarda pul xərcləsə də, müsbət dinamika müşahidə olunmur.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Şumaxerin müalicə proseduralarına və həkimlərə hər ay təxminən 500 min avro pul xərclənir.
M.Şumaxer karyerası ərzində ümumilikdə 715 milyon avro vəsait qazanıb. Onun ailəsində müalicə üçün hələ kifayət qədər pul olsa da, qohumları idmançıya aid olan və onun sifarişi ilə xüsusi avadanlıqla təchiz edilən “Ferrari FXX Evoluzione” avtomobilini 11,2 milyon avroya satışa çıxarıb.
KİV-lər il ərzində Mixael Şumaxerin vəziyyətinin stabil olduğunu yazır. O, əvvəlki kimi yaxınları ilə ünsiyyət qura və gəzə bilmir, həmçinin ətrafında baş verənləri qavramağı bacarmır.
Xatırladaq ki, Şumaxer 2013-cü ilin sonunda xizəklə sürüşən zaman yıxılaraq ağır kəllə-beyin xəsarəti alıb və yarım ildən çox süni koma vəziyyətində saxlanılıb.
Keçən ilin sentyabr ayında Lozanna xəstəxanadan evə buraxılan məşhur idmançı Cenevrə gölünün sahilində yerləşən malikanəsində reabilitasiya kursu keçir.

Tags:  Mixael Şumaxerin bahalı müalicəsi nəticə vermir


RƏYLƏR


Top news