Mühərrik yağı necə təyin edilməlidir? - VİDEO

Mühərrik yağı necə təyin edilməlidir? - VİDEO
21:17 29 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bir çox halda sürücülər avtomobillərinin mühərrikinə hansı yağı tökməli olduğlarını bilmirlər. Hər dəfə başqa ustaya getdikdə isə sürücülərə fərqli yağlardan istifadə etmək tövsiyə edilir. Bəs görəsən avtomobilə uyğun yağ necə müəyyən edilməlidir ?

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 10-40 , 15- 40 və yaxud 5-30. Avtomobillərin mühhərikinə tökmək üçün müxtəlif növ yağlar olsa da, ustalar düzgün seçilməyən yağın mühərrikin ömrünü azaltdığını deyir. Bu rəqəmlər yağın hansı hava temperaturunda istifadə edilməli olduğu ilə yanaşı, yağın tərkibinin göstəricisidir.

Mütəxəssislər müasir avtomobillərə əsasən sintetik yağların istifadəsini tövsiyə edirlər. Nisbətən ili köhnə olan maşınlar isə daha qatı olan yağlardan istifadə etməlidir.

Zavod tərəfindən hansı yağın tövsiyə edildiyini bilmək istəyən sürücülər isə avtomobilin kitabçasına baxa bilər. Eyni zamanda, bir çox avtomobilin mühərrikinin yağ qapağında da bu cür məlumatlar qeyd olunur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR