Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Akif İslamzadə təklif haqqında: "O xanımı tanımıram"

Akif İslamzadə təklif haqqında: "O xanımı tanımıram"

Tarix: 29 Dekabr 2015 21:42

Tarzən Humay Qədimova Xalq artisti Akif İslamzadənin repertuarına müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, musiqisi Emin Sabitoğlu, sözləri Nigar Rəfibəyliyə aid olan "Ala gözlüm" mahnısına klip çəkdirəcək.

Mahnını ilk növbədə tarda səsləndirən H.Qədimova sözü gedən klipdə A.İslamzadə ilə tərəf müqabili olmaq fikrindədir:

"Ala gözlüm"ü ilk oxuyan Akif müəllim olub. İnstrumental ifadan sonra klip çəkilişi düşünmüşəm. Amma bu, sıradan bir klip olmayacaq. İstərdim ki, Akif müəllimin özünü də klipdə görək".

H.Qədimova qeyd edib ki, "Ala gözlüm"ün klip versiyası gələn il hazır olacaq.

Müğənni Akif İslamzadə isə aznews.az-a açıqlamasında H.Qədimova adında tarzən tanımadığını deyib: "Tanımıram, bilmirəm kimdir. Mən o xanıma "yox" deyirəm. Çünki mən özümü o klipdə görmürəm".
Milli.Az


Teqlər:  Akif İslamzadə təklif haqqında xanımı tanımıram



RƏYLƏR


Top xəbərlər