Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlərin bar sərgüzəştləri

Nazirlərin bar sərgüzəştləri

Date: 30 December 2015 00:01

Avstraliyada iki nazir bardakı hərəkətlərinə görə vəzifələrindən istefa verməli olub.

ANS PRESS-in Reuters agentliyinə istinadən məlumatına görə, şəhərlər və antropogen mühit üzrə nazir Ceymi Briqqs “məmura yaraşmayan davranış”a görə günahlandırılıb. Buna barda olan qadının şikayəti səbəb olub. Adı çəkilməyən qadın Briqqsi rəsmi səfər zamanı Honkonqdakı barlardan birində ona qarşı nalayiq hərəkət etməsi ilə günahlandırıb.

“Mən şəxsən ondan üzr istədim. Nəzərə alsaq ki, mən bara gecə yarısı rəsmi səfərdən sonra getmişəm. Amma hər halda düşünürəm ki, mənim hərəkətim nazir üçün yüksək standartlara uyğun olmayıb”- deyə Briqqs bildirib. Nazir bununla belə, heç bir qeyri-qanuni hal baş vermədiyini qeyd edərək hadisənin təfərrüatları barədə danışmaq istəməyib.

Daha bir nazir - dövlət işləri naziri Mal Bro da həmin barda olub. Polis onun əməlini araşdırsa da, Bro da artıq istefa qərarı verib.

"Cənab Bro hökumətin imicinin saxlanılmasının əhəmiyyətini qəbul etməklə doğru addım atdı”,- deyə Avstraliyanın baş naziri Malkolm Ternbul nazirlərin istefasını şərh edib.

Nazirlərin istefa ərizələrinə Nazirlər Kabinetinin ən yaxın iclasında baxılacaq.

Ceymi Briqqs bundan əvvəl 2015-ci ilin oktyabrında gündəmə gəlmişdi. Həmin vaxt Avstraliyanın baş naziri Toni Ebbotöz istefasını həmkarları ilə gurultulu gecə keçirməklə qeyd edib. Kef mərasimı zamanı Ebbott və dostları şuluq salıblar, hətta hökumət başçısının otağındakı mərmər stolu sındırıblar.

Hadisənin şahidi xadimələr olublar. Onlar baş nazirin istefası ilə bağlı səs-küylü gecə ziyafətindən sonra sındırılan mərmər stolun qalıqlarını hökumətin başqa üzvlərinin kabinetində tapıblar. Ziyafətin ertəsi günü Ebbott hökumətində nazir postu tutan Ceymi Briqqsi əlil arabasında görüblər. Amma o başqa yerdə zədələndiyini və baş nazirin otağında stolun üstündən yıxılması ilə bağlı söz-söhbətləri təkzib etmişdi.


Ceymi Briqqs əlil arabasında



Tags:  Nazirlərin bar sərgüzəştləri


RƏYLƏR


Top news