Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı sərnişinlərə bəd xəbər

Azərbaycanlı sərnişinlərə bəd xəbər

Date: 30 December 2015 00:36

Bu gün Türkiyənin İstanbul şəhərindən Türk Hava Yolları şirkəti ilə Azərbaycana gəlmək istəyənlərin arzusu baş tutmayacaq.

ANS PRESS-in məlumatına görə, bu, İstanbulda şiddətli qar yağışı ilə bağlı Türk Hava Yolları rəsmilərinin sərnişinlərinə edilmiş xəbərdarlıqla bağlıdır.

Belə ki, İstanbulda 30 dekabr tarixində başlayan şiddətli qar yağışının dekabrın 31-də də daha da güclənəcəyi bildirilir. Buna görə də İstanbul Atatürk hava limanı və Sabiha Gökçen hava limanında olan səfərlər ləğv edilə bilər. Qeyd olunan günlərdə hava şəraitinə uyğun olaraq gecikmələr də baş verəcəyi bildirilib.

30-31 dekabr tarixində də Türk Hava Yolları ilə Azərbaycana gələn reyslərin cədvəli:





Türkiyənin yerli metroloji hava birosunun verdiyi məlumatlara görə, İstanbulda 10 ilin ən güclü çovğun xəbərdarlığı edilib. Zəruri olan halda yalnı ictimai nəqliyyatdan istifadə edilməsi məsləhət görülür.

Türkiyənin ən böyük avia şirkəti olan Türk Hava Yolları 2014-cü ilin yanvar-oktyabr aylarında 46,2 milyon sərnişinə xidmət göstərilib. Sərnişin sayı 2015-ci ilin eyni dövründə 12,1% artımla 51,8 milyona çatıb.

Tags:  Azərbaycanlı sərnişinlərə bəd xəbər


RƏYLƏR


Top news