Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şirvanda məcburi köçkün ailələri üçün 21 mənzildən ibarət yaşayış binası tikilib

Şirvanda məcburi köçkün ailələri üçün 21 mənzildən ibarət yaşayış binası tikilib

Date: 30 December 2015 02:48


Şirvan, 30 dekabr, Mahir Babayev, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 21 mənzildən ibarət yaşayış binası tikilib.
AZƏRTAC xəbər verir ki, üçmərtəbəli yaşayış evinin inşasına bu ilin aprel ayında başlanılıb. Mənzillərin altısı birotaqlı, altısı ikiotaqlı, doqquzu isə üçotaqlıdır. Ayrıca su, qaz və elektrik xətləri çəkilmış binada məcburi köçkünləri rahat yaşaması üçün hər cür şərait yaradılıb. Mənzillərə ilk növbədə Şirvan şəhərindəki ümumtəhsil məktəblərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Yaşayış binası yaxın günlərdə köçkünlərin istifadəsinə veriləcək.

Tags:  Şirvanda məcburi köçkün ailələri 21 mənzildən ibarət yaşayış binası tikilib


RƏYLƏR


Top news