İtaliyada ictimai yerləri çirkləndirənlərə qarşı tədbirlər sərtləşdirilib

İtaliyada ictimai yerləri çirkləndirənlərə qarşı tədbirlər sərtləşdirilib
07:53 30 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 30 dekabr, AZƏRTAC
İtaliyada siqaret çəkənlər daha diqqətli olmalıdırlar. Çünki bu ölkənin parlamentində ictimai yerləri çirkləndirənlərə qarşı tədbirlərin sərtləşdirilməsi ilə bağlı qanun qəbul edilib. Belə ki, siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro, saqqızı küçəyə atanlar 30 avro, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik stəkanları zibil qutularına məhəl qoymadan yerə tullayanlar isə 150 avro məbləğində cərimə olunacaqlar.
Cərimələrdən əldə olunacaq vəsaitin velosiped dayanacaqlarının abadlaşdırılmasına və tullantıların toplanması üzrə texnologiyaların tətbiqinə sərf edilməsi nəzərdə tutulub. Parlament tərəfindən qəbul olunmuş qanun yerli idarəetmə orqanlarının üzərinə mümkün qədər çox zibil qutusu və külqabı quraşdırmaq öhdəliyi qoyur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyada_ictimai_yerleri_chirklendirenlere_qarsi_tedbirler_sertlesdirilib-915452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR