Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sağlamlıq imkanı məhdud 4 uşağa əlil arabaları verilib

Sağlamlıq imkanı məhdud 4 uşağa əlil arabaları verilib

Date: 30 December 2015 07:58


Bakı, 30 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda" Cəmiyyəti tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (Cəlilabad rayonu ) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi başa çatıb.
Bu münasibətlə təşkil olunan tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, əlil uşaqlar və onların valideynləri iştirak ediblər.
Gəncliyə Yardım Fondunun dəstəyi ilə sağlamlıq imkanı məhdud 4 uşağa əlil arabaları verilib. Cəlilabad Reabilitasiya Mərkəzinin layihə meneceri Firuzə Babayeva isə uşaqları Yeni il hədiyyələri ilə sevindirib. Sonra layihə ilə bağlı yekun hesabat dinlənilib. Ümumilikdə layihə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Tags:  Sağlamlıq imkanı məhdud uşağa əlil arabaları verilib


RƏYLƏR


Top news