"Harri Trumen" də İŞİD-i vuracaq

"Harri Trumen" də İŞİD-i vuracaq
08:27 30 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Harri Trumen" aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına qoşulub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.  
 
Məlumata görə, dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan "Sarsılmaz əzm" əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçiriblər.
 
ABŞ-ın "Harri Trumen" aviadaşıyıcı gəmisinin Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı ilə Fars körfəzi akvatoriyasında İŞİD-ə qarşı birgə əməliyyatlarda iştirak edəcəyi qeyd olunur.      
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR