Ankara və Ər-Riyad şura yaradır

Ankara və Ər-Riyad şura yaradır
08:47 30 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və Türkiyə arasında Birgə Strateji Şuranın yaradılmasına dair razılıq əldə olunub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ər Riyadda keçirdiyi birgə mətbuat konfransında bildirib.   
 
"Kral Salman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Birgə Strateji Şuranın yaradılmasını müzakirə edib.  Strateji Şuranın yaradılması Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərində uğurlu irəliləyişə nail olmağa imkan yaradacaq", deyə Adil əl Cubeyr qeyd edib.  
 
Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 29-da Ər Riyada ikigünlük səfərə gəlib. Danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin və regional problemlərin müzakirəsi nəzərdə tutulub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR