Bayramda dolların məzənnəsi açıqlandı

Bayramda dolların məzənnəsi açıqlandı
12:51 30 Dekabr 2015
256 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankın dolların bayram günlərinə olan məzənnəsini açıqlayıb.
Bank əhaliyə xəbərdarlıq edib ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Bankdan ANS PRESS-ə verilən məlumatda qeyd edilir ki, bununla əlaqədar Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR