Britaniya səhiyyəsindəki qüsurlar ən çox ölkədəki yaşlı insanlara təsir edir

Britaniya səhiyyəsindəki qüsurlar ən çox ölkədəki yaşlı insanlara təsir edir
12:58 30 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


London, 30 dekabr, AZƏRTAC 
Britaniya səhiyyəsindəki qüsurlardan ən çox əziyyət çəkənlər 50 və 60 yaşından yuxarı insanlardır. Buna baxmayaraq onlar bununla bağlı şikayət etmirlər.
Bu barədə Britaniyanın Parlament və Səhiyyə Xidmətləri Ombudsmanı məlumat yayıb. Məlumatda qeyd edilir ki, problemlə qarşılaşan yaşlı insanlar şikayət etməyin onların gələcək müalicələrinə mənfi təsir göstərəcəyini düşünür. Bəziləri isə şikayətlə müraciət etməyin heç nəyi dəyişməyəcəyini düşünür. Yaşlıların 20 faizi isə necə şikayət edildiyini ümumiyyətlə bilmir.
Qurum bu barədə ölçü götürməyin, yaşlı insanların səhiyyə xidmətlərində qarşılaşdıqları problemlərin aradan qaldırılmasının vacib olduğunu bildirib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniya_sehiyyesindeki_qusurlar_en_chox_olkedeki_yasli_insanlara_tesir_edir-915507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR