Pakistanda terror aktı nəticəsində həlak olanların sayı 26-ya çatıb

Pakistanda terror aktı nəticəsində həlak olanların sayı 26-ya çatıb
14:03 30 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Pakistanın Mardan şəhərindəki Qeydiyyat Agentliyində törədilən terror aktı nəticəsində həlak olanların sayı 26-ya çatıb. Hadisə nəticəsində 56 nəfər ağır yaralanıb. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.
Yayılan məlumatda bildirilir ki, terror aktını törədən şəxs təxminən 30 yaşlarında olub. Onun idarə etdiyi motosikletdəki partlayıcı maddənin 8-10 kiloqram ağırlığında olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatına daxil olan “Djamat-ul-Axrar” qruplaşması öz üzərinə götürüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_terror_akti_neticesinde_helak_olanlarin_sayi_26_ya_chatib-915535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR