ABŞ-da təbii fəlakət qurbanlarının sayı 50 nəfərə yaxınlaşır

ABŞ-da təbii fəlakət qurbanlarının sayı 50 nəfərə yaxınlaşır
14:13 30 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
ABŞ-ın mərkəzi hissəsində və cənubunda baş verən təbii kataklizmlər nəticəsində həyatını itirənlərin sayı 49 nəfərə çatıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insanların əksəriyyəti avtomobillərini sel aparması nəticəsində həlak olub. ABŞ-ın okean və atmosfer tədqiqatları üzrə milli idarəsinin məlumatına əsasən, hazırda 18 milyondan çox insan daşqın təhlükəsi gözlənilən rayonlarda yaşayır.
Təbii fəlakətin artıq ABŞ-ın 13 ştatında tüğyan etdiyi bildirilir. Onların arasında ən çətin vəziyyət Missuri ştatında hökm sürür.
Hökumət hələ ki, təbii fəlakətin ölkəyə vurduğu zərərin miqyasını tam olaraq hesablamağa hazır deyil. Sinoptiklərin proqnozuna görə güclü qar fırtınası bir müddət də davam edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_tebii_felaket_qurbanlarinin_sayi_50_nefere_yaxinlasir-915540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR