88 yaşlı ana oğlunun evində yandı - FOTO

88 yaşlı ana oğlunun evində yandı - FOTO
15:47 30 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 82-də rayon sakini Rəsul Nəcəfova məxsus evdə yanğın hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə yerinə dərhal 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər ev sahibinin anası, 88 yaşlı Şəfiqə Nağıyevanı yanan evdən çıxarsalar da o, yanğın zamanı aldığı xəsarətlərdən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR