Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncə şəhərində sahibkarlara yeni texnikalar təqdim olunub

Gəncə şəhərində sahibkarlara yeni texnikalar təqdim olunub

Date: 30 December 2015 15:58


Gəncə, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Gəncə şəhərində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə alınan 75 traktorun, 1 kombayn və 15 müxtəlif kənd təsərrüfatı texnikasının, o cümlədən Gəncə Avtomobil Zavodunun istehsalı olan 63 “Belarus” tipli “MTZ” markalı traktorun, 12 “New Holland” markalı Avropa istehsalı olan traktorun, “New Holland” markalı taxılyığan kombaynın və digər müxtəlif kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikanın bütün regionlarından olan 66 hüquqi və fiziki şəxsə lizinqə verilən kənd təsərrüfatı texnikaları “bir pəncərə” prinsipi əsasında “Aqrolizinq” ASC-nin aidiyyəti struktur bölmələrinin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə dövlət qeydiyyatına alınaraq texniki sənədlərlə birlikdə sahibkarlara təqdim edilib.
Lizinqə verilən yeni traktorlar və kənd təsərrüfatı texnikaları növbədənkənar olaraq Qarabağ müharibəsi veteranlarına və 3 şəhid ailələrinə təqdim olunub.
Daha sonra Gəncə şəhəri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları üzrə 38 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 1.225.543 manat məbləğində 89 müxtəlif kənd təsərrüfatı texnikasına 434.006 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 50 müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt məqsədilə elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Ümumilikdə, Xüsusi Komissiyanın keçirdiyi səyyar iclaslarda respublikanın 27 rayonunu əhatə etməklə, 472 istifadəçiyə lizinqə verilmiş 976 müxtəlif kənd təsərrüfatı texnikasına 6.128.535,06 manat məbləğində güzəşt tətbiq olunub. Həmçinin istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 313 müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətə verilməsi təmin edilib.

Tags:  Gəncə şəhərində sahibkarlara yeni texnikalar təqdim olunub


RƏYLƏR


Top news