Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Date: 30 December 2015 16:13


Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxtda keçiriləcək bayram şənlikləri iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Bununla əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyəcək. O cümlədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da xidmətlərini gücləndirilmiş iş saatı ilə davam etdirir. Paytaxtda bayram tədbirlərinin keçirildiyi ərazilərdə küçə və yollar polis tərəfindən tam nəzarətə götürülərək tədbir iştirakçılarının, sakinlərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək. Yol polisi artıq paytaxtın küçə və yollarında təhlükəsiz hərəkətin təbliği və davranış vərdişlərinin aşılanması ilə bağlı tədbirlərə başlayıb. Tədbirlər yanvarın 5-nə qədər davam edəcək.
Sürücülərə tövsiyə olunur ki, sürət həddinin aşılmamasına diqqət yetirsinlər, spirtli içki qəbul edib avtomobil idarə etmənin təhlükə olduğunu diqqətdə saxlasınlar, günün qaranlıq vaxtlarında işıq cıhazlarından düzgün istifadə etsinlər. Bundan başqa, süni sıxlığın yaranmaması üçün dayanma-durma, park edilmə tələblərinə düzgün əməl etsinlər, piyadalar isə yolu təyin olunan yerlərdən keçsinlər.

Tags:  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejiminə keçib


RƏYLƏR


Top news