AMEA-nın İctimai Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

AMEA-nın İctimai Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib
16:23 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC 
Dekabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində İctimai Elmlər Bölməsi institutlarının 2015-ci ili əhatə edən hesabat iclası keçirib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, iclasın AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan institutlarının cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu söyləyib.
Sonra Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı təmsil etdikləri institutların 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları təqdim ediblər.
Qeyd olunub ki, cari ildə 33 problem üzrə 117 mövzuda 271 elmi-tədqiqat işi yerinə yetirilib. 2015-ci ildə 1697 kitab və monoqrafiya, 1028 məqalə (onlardan 38-i impakt faktorlu jurnallarda), 160 tezis dərc olunub. Bölmə əməkdaşlarının nəşr olunan işlərinə 322-yə yaxın istinadlar olub. Bundan əlavə, bölməyə daxil olan institutların əməkdaşları AMEA rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beşə yaxın qrantına layiq görülüb. Hesabat ilində bölmə əməkdaşlarından dörd nəfər elmlər, 36 nəfər isə fəlsəfə doktoru dissertasiyalarını müdafiə edib.
Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Ictimai_Elmler_Bolmesinin_fealiyyeti_barede_illik_hesabat_dinlenilib-915591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR