Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aksiz markası olmayan spirtli içki və siqaretlərin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Aksiz markası olmayan spirtli içki və siqaretlərin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Date: 30 December 2015 16:53


Bakı, 30 dekabr, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan xeyli miqdarda spirtli içki və siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük idarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşları Elmir Musayevin idarə etdiyi nəqliyyat vasitəsindən 124 ədəd bir litrlik “Russkiy standart”, Fuad Ocaqverdiyevin idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 58 ədəd bir litrlik və 9 ədəd 0,5 litrlik “Nemirov” araqları, Rövşən Atakişiyevin idarə etdiyi nəqliyyat vasitəsindən 16 min 400 ədəd “Marlboro”, 11 min 400 ədəd “Marlboro touch”, 7 min 200 ədəd “Parlament” və 4 min 800 ədəd “Vinston” siqaretləri, Teymur Əliyevin idarə etdiyi “Mercedes-Benz C180” markalı nəqliyyat vasitəsindən isə 3 min ədəd “Marlboro” siqareti gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.



Tags:  Aksiz markası olmayan spirtli içki siqaretlərin Azərbaycana gətirilməsinin qarşısı alınıb


RƏYLƏR


Top news