Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi coşqu ilə qeyd edilib

Gəncədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi coşqu ilə qeyd edilib

Date: 30 December 2015 17:28


Gəncə, 30 dekabr, AZƏRTAC
Gəncədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi coşqu ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Gəncə şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. Yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən 30-35 faiz ucuz qiymətə ərzaq, un məmulatları, kənd təsərrüfatı məhsulları təklif ediblər. Həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya meyvə- tərəvəz məhsulları çıxarılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yarmarkanın gedişatı ilə tanış olub.
Daha sonra şəhərin baş meydanında ümumşəhər tədbiri keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıdan gələn əlamətdar günlər münasibətilə gəncəliləri təbrik edib. Elmar Vəliyev bildirib ki, 2015-ci il, ümumilikdə, Gəncə şəhəri üçün uğurlu və yadda qalan il olub. Gəncədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. Böyük layihələr həyata keçirilib. 2015-ci ildə təməli qoyulan layihələrin icrası 2016-cı ildə başa çatdırılacaq. Gələn il, həmçinin bir sıra yeni layihələrə başlanılacaq. “İmamzadə” dini kompleksi və “Bulvar Park Kompleksi” 2016-cı ildə əhalinin ixtiyarına veriləcək.
Qeyd olunub ki, əksər məktəb binalarının təmiri 2015-ci ildə başa çatdırılıb, digərləri isə 2016-cı ildə yekunlaşacaq. Abbas Səhhət adına xəstəxana ən müasir avadanlıqlarla təchiz ediləcək, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərinin tələbləri üçün yeni kampuslar tikilərək istifadəyə veriləcək. 2016-cı ildə Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar şəhərdə 50-yə yaxın layihə həyata keçiriləcək. Onlardan 25-i beynəlxalq layihədir. Həmçinin 2016-cı ildə Nizami Gəncəvinin yubileyi də keçiriləcək.
Daha sonra şəhərin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən gəncəlilər mükafatlandırılıblar.


Tags:  Gəncədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi coşqu qeyd edilib


RƏYLƏR


Top news