Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Həyat yoldaşının məzarını güllərlə bəzəyir, ona şeirlər oxuyur (25 Mart 2017 17:43)
Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib (10 Mart 2017 13:02)
Bir neçə ölkənin indiki və sabiq xarici işlər nazirləri Bakıya gələcəklər (27 Fevral 2017 14:52)

Tarix: 30 Dekabr 2015 17:43


Bakı, 30 dekabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Həmin ildən etibarən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Teqlər:  Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib



RƏYLƏR


Top xəbərlər