Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“ASAN xidmət”də 5 gün qeyri-iş günü olacaq

“ASAN xidmət”də 5 gün qeyri-iş günü olacaq

Date: 30 December 2015 18:38


Bakı, 30 dekabr, AZƏRTAC 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar bütün “ASAN xidmət” mərkəzlərində 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək qeyri-iş günləri olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 5-dən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi-cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Tags:  ASAN xidmətdə gün qeyri-iş günü olacaq



RƏYLƏR


Top news