Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnformatika fənni üzrə texniki tapşırığın layihəsi müzakirə olunub

İnformatika fənni üzrə texniki tapşırığın layihəsi müzakirə olunub

Date: 30 December 2015 18:58


Bakı, 30 dekabr, AZƏRTAC 
İnformatika üzrə elmi-metodiki seminarda 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi üçün informatika fənni üzrə hazırlanmış texniki tapşırığın layihəsi müzakirə olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin qatıldıqları seminarda çıxış edənlər nümayiş etdirilən texniki tapşırıq layihəsi ilə bağlı fikir və təkliflərini bildirib, həmin tapşırığın magistraturaya qəbul imtahanında istifadə olunmasını məqsədəmüvafiq hesab ediblər.
Sonra seminarın rəhbəri, BDU-nun dosenti R. Mahmudzadə “Ali təhsil müəssisələrində informatika fənninin tədrisi sahəsində qazanılmış nailiyyətlər və mövcud olan problemlər” mövzusunda çıxış edib.
Seminar cari il üçün öz işini yekunlaşdırıb.

Tags:  İnformatika fənni üzrə texniki tapşırığın layihəsi müzakirə olunub


RƏYLƏR


Top news