İlham Əliyev ciddi dəyişikliklərin anonsunu verdi

İlham Əliyev ciddi dəyişikliklərin anonsunu verdi
22:41 30 Dekabr 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

“2015-ci il sınaq ili olub. Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır. Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zaman sakinlərlə görüşü zamanı deyib.

Azərbaycanda isə bütün işlərin normal məcrada davam etdiyini bildirən İlham Əliyev bildirib ki, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür.

"Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik”.



İlham Əliyev deyib ki, ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək: “Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun”.

Dövlət başçısı vurğulayıb ki, əhaliyə göstərilən xidmətlərdə çox ciddi islahatlar aparılmışdır: ““ASAN xidmət” artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.



İlham Əliyev bildirib ki, əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq: “Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”.



Mən bir daha sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı təbrik edirəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kataloniyada polis "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib

21 Avqust 2017 19:52

DİQQƏTLİ OLUN!

21 Avqust 2017 19:50

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi

21 Avqust 2017 19:49

Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”

21 Avqust 2017 19:48

Barselonada terror aktı törədən əsas şübhəli hələ də azadlıqdadır

21 Avqust 2017 19:35

Barselona terrorunun əsas şübhəlisi tutulub

21 Avqust 2017 19:33

Barselonanı qana bulayan əsas terrorçu həbs edildi

21 Avqust 2017 19:29

Şəkidə doğum evində yanğın olub

21 Avqust 2017 19:27

"Qəbələ" "Dinamo"nu yendi

21 Avqust 2017 19:27

“Qəbələ” “Dinamo”ya qalib gəldi

21 Avqust 2017 19:24

Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."

21 Avqust 2017 19:18

İlham Əliyev yeni sərəncam imzaladı

21 Avqust 2017 19:16

Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək

21 Avqust 2017 19:12

"Qarabağ" bu axşam yola düşür

21 Avqust 2017 19:07

SSRİ deputat Rüstəm Xəlilovun atasına heykəl qoya bilərdimi? - FOTOLAR

21 Avqust 2017 19:03

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 Avqust 2017 19:02

Obameyanq məsələsi nöqtələndi - RƏSMİ

21 Avqust 2017 18:57

Pxenyan yeni silahını işə salır – BÖYÜK TƏHLÜKƏ

21 Avqust 2017 18:53

Göygölə 3 milyon manat vəsait ayrıldı

21 Avqust 2017 18:45

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib - FOTOLAR

21 Avqust 2017 18:43

Azərbaycanlı müğənnidən cəsarətli VİDEO

21 Avqust 2017 18:39

Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

21 Avqust 2017 18:37

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri məktəblilərlə görüşüb

21 Avqust 2017 18:35

“Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq” - Prezident

21 Avqust 2017 18:34

"İçərişəhər" Qoruğunda YENİ TƏYİNAT

21 Avqust 2017 18:29

“Abşeron Gənclər Şəhərciyi” qazsız qalıb: "Bu qışı da donacağıq"

21 Avqust 2017 18:28

Çoxmənzilli binaların əsaslı təmirinə maliyyə vəsaiti ayrılıb

21 Avqust 2017 18:28

Terminator 300-ə çatdı

21 Avqust 2017 18:27

Durbin hazırlamaq üçün asan üsul

21 Avqust 2017 18:21

Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıldı

21 Avqust 2017 18:19

Əsgər Ələkbərov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri təyin edildi

21 Avqust 2017 18:18

"Qarabağ"ın vitse-prezidenti türk mütəxəssislə görüşdü

21 Avqust 2017 18:17

Prezident Göygöl və Samux İcra hakimiyyətlərinə pul ayırdı

21 Avqust 2017 18:14

İmişlidə bir uşaq atası intihar edib

21 Avqust 2017 18:09

DİQQƏT: Metronun “Sahil” stansiyası bu gündən bağlandı

21 Avqust 2017 18:08

Britaniyanın azərbaycanlı jurnalisti: "Qarabağın qaytarılmasını istəyən çox sayda erməni var" - MÜSAHİBƏ

21 Avqust 2017 18:03

Göygöldə abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmirinə 1 milyon manat ayrılıb

21 Avqust 2017 18:02

Rövnəq Abdullayev: “SOCAR növbəti illərdə təbii qaz hasilatını artıracaq”

21 Avqust 2017 18:02

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 17:59

Samir Nəsri "Mançester Siti"dən "Antalyaspor"a keçib

21 Avqust 2017 17:57

FHN suda boğulan şəxsi xilas etdi

21 Avqust 2017 17:54

Röya Qazaxstanda belə çıxış etdi - FOTO/VİDEO

21 Avqust 2017 17:53

"Neftçi"dən antirekord

21 Avqust 2017 17:49

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

21 Avqust 2017 17:47

Türkiyə prezidenti Cövdət Sunayın Azərbyacan səfəri - NADİR GÖRÜNTÜLƏR - VİDEO

21 Avqust 2017 17:43

Universitetlərin boş qalan yerlərinə nəticələr bu gün açıqlanacaq

21 Avqust 2017 17:39

Dələduz müəlliməyə hökm oxundu

21 Avqust 2017 17:38

"Neftçi" Elşən Əhmədova tapşırıldı

21 Avqust 2017 17:38

Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?

21 Avqust 2017 17:35

Azərbaycanın ən gözəl qızı gözəlliyi ilə heyran etdi...

21 Avqust 2017 17:32