Azərbaycan dövlətinin media siyasəti beynəlxalq jurnalda

Azərbaycan dövlətinin media siyasəti beynəlxalq jurnalda
22:48 30 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
“Bu gün kütləvi informasiya vasitələrinin məzmun və formasının insanların informasiya maraqlarına və tələbatlarına uyğun şəkildə dəyişməsi prosesi baş verir. İnformasiya tələbatlarının təbiəti və məzmunu isə insanın həyat fəaliyyəti ilə üzvi şəkildə əlaqədardır”.
Bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin İngiltərədə nəşr olunun “Thomson Reuters” indeksli “The international journal of human resources management” adlı jurnalda çap edilmiş “Azərbaycanda ictimai rəyin təsisatlanmasında və formalaşmasında KİV-in rolu” mövzusunda məqaləsində qeyd olunur.
Bildirilir ki, ictimai fikrə təsir imkanları geniş olan yazılı və elektron KİV-lərdən ictimaiyyətin gözləntiləri zaman-zaman dəyişir. Təbii ki, bu, dövrün, zamanın çağırışlarından irəli gəlir. Mətbuatın qarşısında duran vəzifələrin başlıca mahiyyəti bütövlükdə cəmiyyəti ehtiyac duyduğu informasiyalarla təmin etməkdir. İstənilən digər tələbatlar kimi, informasiya tələbatı da insanlarda fəal yaradıcı amil rolunu oynayır. İnformasiya tələbatlarına müəyyən məzmuna və formaya malik məlumata olan tələbat kimi yanaşmaq gərəkdir. Bu məlumatlar insanlara yaşadıqları mühitin reallıqlarını müəyyənləşdirməyə, dünyanın mənzərəsini dəqiqləşdirməyə, davranış və problemli vəziyyətlərin həllində istiqamət seçimi etməyə, sosial mühitlə razılıq və daxili tarazlıq yaratmağa kömək edir. Bu tələbatlar ödənilməzsə, insanın məqsədyönlü, düşünülmüş fəaliyyəti mümkün deyil. Əgər KİV-lər bu tələbatı lazımi səviyyədə ödəmirsə, bu halda auditoriya gərəkli informasiyanın axtarışına çıxır, ya da bu sahədə fəallığını azaltmış olur. Xüsusilə nəzərə almaq lazımdır ki, son illər insanların informasiya tələbatının böyük hissəsi internet resursları vasitəsilə ödənilir. İnformasiyanın dolğunluğu obyektivlikdən, qərəzsizlikdən, ən əsası mənbənin dəqiq göstərilməsindən, araşdırmaların düzgün aparılmasından asılıdır. Bu halda informasiya təhlükəsizliyi məsələsi gündəmə gəlir. Təbii ki, dövlət maraqlarını hər şeydən üstün tutmaq mətbuatın əsas funksiyalarındandır.
Vüqar Rəhimzadə məqaləsində qeyd edir ki, ayrı-ayrı internet resurslarından, sosial şəbəkələrdən bəhrələnən auditoriya informasiya məkanına “təhlükəsizlik kəməri” olmadan daxil olur. Bu isə öz növbəsində müəyyən yanaşmaların ortaya çıxması ilə nəticələnir. İctimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibəti, yaxud onların qiymətləndirilməsi əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq doğuran hadisələr olur. Bu baxımdan da KİV-lərin ictimai düşüncəni, şüuru formalaşdırmaqda və təsisatlandırmaqda rolu öz aktuallığını ortaya qoyur. Əsas məsələ ictimai rəyi düzgün istiqamətləndirmək, real düşüncənin formalaşmasına müsbət təsir göstərməkdir. Bəzən yanlış rəy gündəmə gətirilən məsələnin aktuallığına kölgə salır.
Məqalədə, həmçinin Azərbaycanda mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığı əsaslı şəkildə qeyd olunur. Bu əsasda Vüqar Rəhimzadə yazır ki, Azərbaycanda KİV-lərin azad fikir daşıyıcısı olaraq genişlənən fəaliyyəti çox ölkələr üçün örnəkdir. Azərbaycanda mətbuatın “dördüncü hakimiyyət” kimi formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri böyükdür. Azərbaycan MDB məkanında senzuranı ləğv edən ilk ölkədir. Ulu Öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırmaq imkanlarını genişləndirib. Müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə dünya ölkələri arasında öncül mövqedə dayanır.
Məqalədə qeyd edilir ki, ümumilikdə Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı dövlət siyasətinin əsası kimi daim diqqətdədir və bu istiqamətdə addımlar davamlıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar müstəqil mətbuatın daha da inkişafı üçün möhkəm zəmin yaradıb.
Məqalədə Azərbaycanda KİV-lərin həm informasiya, həm də texniki imkanlarının təkmilləşməsinin “dördüncü hakimiyyət”in müstəqilliyi prinsiplərinə hesablandığı qeyd edilir.
Məqalənin əsas xəttini ictimai şüurun formalaşdırılması və təsisatlandırılması təşkil etdiyindən insanların informasiya təhlükəsizliyi, KİV-in “dördüncü hakimiyyət” kimi funksiyaları və digər məsələlər araşdırılır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Açıq məkanlı loft - FOTO

28 İyun 2017 04:32

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

28 İyun 2017 04:03

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb

28 İyun 2017 04:02

Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi

28 İyun 2017 03:54

Astroloji proqnoz -

28 İyun 2017 03:41

Riz kamera qarşısında - FOTO

28 İyun 2017 03:32

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

28 İyun 2017 03:29

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37