Faiq Ağayev və Xoşqədəmin Facebook yazıları

Faiq Ağayev və Xoşqədəmin Facebook yazıları
23:41 30 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Virtual həyatda yaşadıqlarımız, yazışmalarımız, etdiyimiz müzakirələr yavaş-yavaş real həyatı geridə qoyur. Artıq insanlar ömrünün böyük bir qismini sosial şəbəkələrdə keçirir.

Bəzi Avropa ölkələrində "twitter" sosial şəbəkəsi populyar olsa da, Azərbaycanda "facebook" və "instagram"a üstünlük verənlər daha çoxdur. İnternet istifadəçiləri arasında sosial şəbəkənin aludəçilərinə çevrilənlər də var, onlardan iş məqsədi ilə istifadə edənlər də...

Özü də bu şəxslər arasında sadə adamdan tutmuş sənət adamlarınadək hər kəs, hətta ictimai - siyasi xadimlər də yer alır.

ANS PRESS olaraq onların xüsusilə "facebook"da vaxt keçirməklə nələri itirib qazandıqlarını araşdırdıq. İlk olaraq sənət adamlarının sosial şəbəkələrdəki aktivliyinə nəzər saldıq. Ulduzlarımız arasında asudə vaxtlarını internetdə keçirənlər əsasən müğənni Faiq Ağayev, Elariz Məmmədoğlu, Aysel Teymurzadə, Sevda Ələkbərzadə, Rəhim Rəhimli və digərləridir.

Xalq artisti Faiq Ağayev kimi digər müğənnilər də gündəlik olaraq sosial şəbəkələrdən daha çox təbliğat və ünsiyyət vasitəsi kimi istifadə edirlər.


Faiq Ağayev - Xalq artisti

Siyasi simalar isə daha çox seçki ərəfəsində “facebook” səhifələrini bəzəyirlər. Amma onlar arasında sosial şəbəkədə hər gün aktivliyini qoruyub saxlayanlar da var. Millət vəkili Fazil Mustafa kimi. Deputat bu şəbəkə vasitəsi ilə demək olar ki, hər gün fikir mübadiləsi aparır, hər hansı bir açıqlamalarını yayımlayır.


Fazil Mustafa -Facebook səhifəsi

Millət vəkili Aydın Mirzəzadə də aktiv istifadəçilərdəndir. O, məsələyə dair fikirlərini bildirərək, sosial şəbəkələrin faydalı cəhətlərindən söz açdı:

“Mən "facebook" və "odnoklassnik"dən istifadə edirəm. Lakin əsasən "facebook"da oluram. Bir il yarım əvvəl müşahidələrimə əsasən qənaətə gəldim ki, öz fikirlərimi burada bölüşə bilərəm. Çünki burada əhatə dairəsi genişdir. Əgər mən hansısa açıqlamanı müəyyən bir sayta verirəmsə, yayılma dairəsi az olur. Lakin facebook ünvanımda müəyyən bir məsələyə dair fikir bildirdikdə bir neçə sayt buradan bəhrələnərək fikirlərimi yayır. Bu gün facebook səhifəm tribuna rolunu oynayır".


Aydın Mirzəzadənin Facebook səhifəsi

Tez-tez sosial şəbəkələri tənqid edən deputat F.Ağamalı isə artıq özü də "Facebook"-a qoşulub.


F.Ağamalının Facebook səhifəsi


Hazırda sosial şəbəkələrdə ən aktiv peşə sahibləri jurnalistlərdir. Günlərinin əksəriyyətini “Facebook”-da keçirən KİV nümayəndələri əsasən aparıcı Xoşqədəm Hidayətqızı, tanınmış jurnalist İlhamiyyə Rza, yazıçı jurnalist Taleh Şahsuvarlı, əməkdar jurnalist Ləman Əliəşrəfqızıdır.

Jurnalistlərsə heç şübhəsiz həmkarları ilə ünsiyyətlə yanaşı, ətraf aləmdə baş verən xəbərlərə münasibət bildirir, xüsusilə peşə fəaliyyətlərinin təbliği ilə məşğuldurlar.


Xoşqədəm Hidayətqızının Facebook səhifəsi

Əcnəbi ulduzlar isə tamaşaçıların diqqətini çəkməyə daha çox meyilli olduğundan sosial şəbəkələrdə paylaşdığı bəzi fotolarla hətta etik normaları belə keçirlər. Onlar arasında Ledi Qaqa, Rihanna, Azis və digərləri xüsusilə seçilir.


Ledi Qaqanın Facebook səhifəsi


Siyasətçilər üçün isə Amerikada xüsusi sosial şəbəkə fəaliyyətə başlayıb. Sosial şəbəkəni ABŞ milyarderi Şon Parker yaradıb.

Xüsusilə siyasətçilər üçün nəzərdə tutulan şəbəkənin adı “Briqada”dır (Brigade). Yeni şəbəkə Facebook-un dünyada yoluna qoya bilmədiyi problemlərin həllində insanlara kömək etməyi qarşısına məqsəd qoyub.

Və artıq bir çox siyasətçilər bu xüsusi şəbəkə vasitəsi ilə ictimaiyyətdə gördükləri işi nümayiş etdirir, onlara müraciət edənlərə yardım göstərir.


Şon Parker- ABŞ milyarderi

Bir sözlə sosial şəbəkələrin bu gün cəmiyyət üzvlərinin kommunikasiyasında böyük rol oynadığı danılmazdır. O da danılmaz faktdır ki, sosial şəbəkələr, həm də piar xarakteri daşıyır. Hazırda sosial şəbəkələrsiz PR və marketinq işi mümkün deyil.

Bir çox ictimai yüklü müzakirələr və təşkilatçılıq işləri facebook üzərindən həyata keçiririk. Bir sözlə, işgüzar, eləcə də şəxsi həyatımızın çox böyük hissəsi sosial şəbəkələrdə keçir. Lakin vacib şərt bu sosial şəbəkələrdən düzgün və lazımı məqsədlə istifadə etməkdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR