Ankarada iki canlı bomba tutuldu

Ankarada iki canlı bomba tutuldu
02:01 31 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublika Prokurorluğu, yeni il gecəsi Ankarada "Kızılay" ətrafında hərəkət etməyi planlaşdıran iki canlı bombanın tutulduğunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə Təhlükəsizlik Nazirliyinin terrorla mübarizə şöbəsi, Mamak ərazisində apardığı əməliyyat nəticəsində yeni il gecəsi zamanı şənliklərin keçiriləcəyi yerlərdə türk əsilli olduğu bildirilən 2 İŞİD-çi saxlanılıb.

Onlar Mamak ərazisindəki evlərinə daxil olarkən izləniliblər. Yaşadıqları evi müəyyən etdikdən sonra əməliyyat nəticəsində tutulan canlı bombaların polisdə ifadələri alınarkən türk əsilli olduğu məlum olub. Qaldıqları evdə polislər axtarış işlərinə başlayıb. Aparılan axtarış zamanı evdən fərqli bomba qurğuları aşkar edilərək götürülüb.

Adları gizli saxlanılan 2 adamın İŞİD terror qruplalşamsının canlı bomba olduğu məlum olub. Canlı bombalar yeni il gecəsi Kızılay meydanında 2 barda və "Kızılay"da yerləşən Əyləncə və Ticarət mərkəzində terror aktı həyata keçirəcəkləri məlum olub.

Bu gün aparılan uğurlu əməliyyatlar nəticəsində terror aktının qarşısı alınaraq tutulan 2 terror təşkilatının üzvlərindən 1 ədəd istifadəyə hazır bomba gödəkcəsi, 1 ədəd istifadəyə hazır dəmir top və çubuqlarla bərkidilmiş kürək çantası və bomba istehsalında istifadə edilən vəsaitlər ələ keçirilib, hadisə ilə əlaqədar araşdırma davam etdirilir.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR