“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
03:48 31 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC
“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2614 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 970-960 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neft_Daslari_yataginda_yeni_quyu_istismara_verilib-915696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR