Neftin qiyməti yenidən düşməyə başladı

Neftin qiyməti yenidən düşməyə başladı
05:56 31 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

İlin son günü dünya birjalarında müxtəlif istiqamətlərdə ucuxlaşmalar müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər ucuzlaşaraq 36.46 dollara düşüb.

“Texas” markalı neftin qiymətində də dünənki göstəricilərə nisbətən ucuzlaşma var. Belə ki, birjalarda hazırda “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 36.74 dollardır.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə ötən gün 0.18 dollar bahalaşaraq, 38,23 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti də cüzi ucuzlaşma ilə 1 qramı 34,11 dollara düşüb. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının dünənə olan rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5594 AZN, 1 avro 1.7046 AZN, 1 rubl 0.0216 AZN.


Ölkəmizdə xarici valyutaların məzənnəsi
Mənbə: Azərbaycan Mərkəzi Bankı.

Həmçinin Azərbaycan Mərkəzi Bankı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatların və möhtəkirliyin qarşısını almaq üçün dolların bayram günlərinə olan məzənnəsini açıqlayıb. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 AZN müəyyənləşdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR