Azərbaycanın şimalına qar yağıb

Azərbaycanın şimalına qar yağıb
12:42 31 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, qarın hündürlüyü Qubanın Qırız və Xınalıq kəndlərində 15 sm, Rükdə 8 sm, Quba şəhərində isə 1 sm-ə çatıb.
 
Qusar rayonunun Ləzə kəndinə 25 sm qalınlığında qar düşüb. Qubanın Qırız kəndində mənfi 12, Xınalıqda isə mənfi 10 dərəcəyə temperatur qeydə alınıb.
 
Quba 6 saylı Yol İstismar Sahəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yollarda hər hansı problem yoxdur. Bütün istiqamətlərdə yollar avtomobillərin hərəkəti üçün açıqdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR