Turkiyə Hava Yolları 200-dən çox aviareysi ləğv edib

Turkiyə Hava Yolları 200-dən çox aviareysi ləğv edib
12:48 31 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 31 dekabr, AZƏRTAC
Turkiyə Hava Yolları (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar 200-dən çox aviareysi ləğv edib.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla xəbər verir ki, THY-nin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamaya görə, dekabrın 31-də və yanvarın 1–də İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarından ümumilikdə 200-dən çox uçuş ləğv olunub. Buna qarın yaratdığı çətinliklərin səbəb olduğu bildirilir.
Aviaşirkət sərnişinlərə məsləhət görür ki, uçuşlarla bağlı məlumatları dəqiqləşdirdikdən sonra yola çıxsınlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Hava_Yollari_200_den_chox_aviareysi_legv_edib-915713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR