Ailə büdcəsinə belə qənaət etmək olar

Ailə büdcəsinə belə qənaət etmək olar
13:17 31 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada və ölkəmizdə baş verən iqtisadi proseslər insanların yaşam tərzinə təsirsiz qalmır.

Milli.Az anspress-ə istinadən bildirir ki, gəlirlərin azaldığı, xərclərinsə artdığı indiki dönəmdə qənaət məsələsi hər bir ailədə aktuallaşıb. Amma "nələrə və necə qənaət edilməlidir ki, gündəlik normal yaşamı təmin etməklə bərabər ailə büdcəsini də qoruyub saxlamaq mümkün olsun" sualı hər kəsi düşündürür.

Bu baxımdan ölkənin iqtisadi, sosial sferasında çalışaraq araşdırmalar aparan ictimai insanların fikirləri önəmlidir. Xəzər Universitetinin professoru, iqtisadçı Fuad Rəsulov ailə büdcəsində qənaət etmək üçün iki istiqamətə yönələn xərclərə diqqət yetirməyi vacib sayır. İqtisadçı bildirir ki, hər bir ailənin sabit və dəyişən xərcləri var. Qənaət etmək istəyimizi əsasən dəyişən xərclərdə reallaşdıra bilərik.

"Ailədə elə xərclər var ki, biz istəsək də ona qənaət edə bilmirik. Buna misal olaraq qida və gigiyenik məhsullar, kommunal xərclər, təhsilə ayrılan ödənişləri qeyd edə bilərəm. Amma dəyişən xərclərdə xeyli qənaət etmək olar. Məsələn, mobil telefonun bahasına qaçmamaqla, hansısa toylara getməmək və ya gedib yüksək məbləğdə pul yazılmamaqla, eləcə də yolüstü xırda-xuruş, lazımsız alış-verişdən çəkinməklə xeyli vəsaitə qənaət etmək olar", - deyə iqtisadçı vurğulayır.

Fuad Rəsulov digər bir yanaşmaya da diqqət çəkdi. Belə ki, hər ailə üzvü bir xərc subyekti sayılır. Hər üzvün özünəməxsus xərcləri olur ki, daha çox kimə xərc ayrıldığına nəzər yetirib vacib deyilsə, bunu azaltmaq lazımdır.

İqtisadçı ağıllı və sərfəli xərcləməklə ailə büdcəsinə 35-40 faiz xeyir verməyin mümkünlüyünü nəzərə çatdırır.

Sərfəli qənaət üçün ilk növbədə ailə büdcəsinin daha çox nəyə sərf olunduğunu öyrənmək lazımdır. Ən çox xərclənən istiqamətləri müəyyən etmək üçün nəyə və nə qədər pul ayrıldığını araşdırmaq lazımdır.

Kommunal xərclərə baxıb mümkün qədər işıq, su və qaza qənaət etmək olar. Mobil və internetə çəkilən xərcləri də azaltmaq lazımdır.

Sosioloqlar da ailə büdcəsinin qorunmasında kənar və ikinci dərəcəli xərclərin sıfıra endirilməsini məsləhət görür. Sosioloq Rafiq Təmrazov ANS PRESS-ə açıqlamasında bildirib ki, ailə gəlirinin azaldığı bir vaxtda yalnız qənaət prinsiplərinə əməl etməklə maddi durumu stabilləşdirmək olar:

"Hər ailə gəlir-çıxarını müəyyənləşdirməlidir. Əsasən yaşam üçün vacib maddi nemətlərə üstünlük verilməlidir. Büdcəyə qənaət başqa imkanların məhdudlaşdırılmasını tələb edir. Məsələn, restoranlar, istirahət məkanlarına gedişlərdən yayınmaq lazımdır. Düzdür, bu, bəzi ailələr üçün çətin ola bilər. Amma gəlir azaldıqca hər bir ailə qənaət etməyə vacib yanaşır", - deyə sosioloq əlavə etdi.

Büdcədən daha çox vəsaitin ayrıldığı sahələrdən biri geyimdir ki, bu, hətta bir çoxlarında alış-veriş xəstəliyi yaradıb. Qarderob, parfüm, kosmetika üçün həm kişilər, həm qadınlar xeyli pul xərcləyir. Həm də həmin məhsullara ehtiyac olmadıqda belə, rəngarənglik üçün yeniləri alınır.

Psixoloq Murad İsayev hesab edir ki, iqtisadi çətinlik dövründə bədxərcliyə aludəçi insanlar xüsusən ehtiyatlı olmalıdır.

"Bizdə insanlar bir növ hər şeyin bolluğuna qaçır, hansısa əşyanı, məhsulu lazım olandan artıq alır. Son vaxtlar marketlərdə müxtəlif kampaniyalar, endirimlərlə alıcıları cəlb edirlər. Məsələn, hansısa məhsulun üstündə 5 manatlıq hədiyyə yazmaqla, guya sərfəli satış təklif edirlər. Amma nə lazımdısa onu almaq lazımdır. Eləcə də brend geyimlərə aludəçilik var ki, insanlar belə paltar və ya ayaqqabıları almağa xeyli pul xərcləyir. Bunlardan vaz keçmək lazımdır", - deyə psixoloq qeyd edir.

Böhran zamanı qənaət etməyin yolları ilə bağlı xarici ölkələrdə diqqətdə saxlanılan bəzi məsləhətlərə də nəzər yetirmək olar. Məsələn, Rusiya vətəndaşları büdcəyə qənaət üçün ilk növbədə qida məhsullarının alışına önəm verir.

Belə ki, yalnız lazımi ərzaqların alınması üçün marketə yollanmazdan əvvəl siyahı tutmaq məsləhət görülür. Qeyri-mövsümi tərəvəzlər baha başa gəldiyindən, onları dondurulmuş məhsulla əvəzləmək olar. Ümumiyyətlə isə marketlərə həftədə bir dəfə olmaqla, tez-tez baş çəkməmək lazımdır. Əgər bunlara əməl olunsa, rus iqtisadçıların hesablamasına görə həftədə 500 rubl (11 AZN), ayda isə 2000 rubl (43 AZN) ailə büdcəsinə qənaət etmək olar.
Ruslar həmçinin nəqliyyat xərcini azaltmaq üçün iş yerinə qədər piyada getməyi, bununla həm də fiziki sağlamlığa üstünlük verirlər. Piyada gəzinti ilə isə ayda 500 rubla (11 AZN) qənaət edilir.

Rusiyalı psixoloqlar isə, mağazalardakı əşyalara, geyimlərə əllə toxunmamağı tövsiyə edir. Onların fikrincə, alıcı əllə geyimə nə qədər çox toxunursa, o qədər onu almağa həvəslənir. Pula qənaət etmək üçün xərclənəcək məbləği kağıza yazmaq məsləhət görülür. Mağazaya pis əhval-ruhiyyədə getməyi rus psixoloqlar məsləhət bilmir. Çünki nəyəsə görə qanı qara olan adam daha çox pul xərcləməyə meylli olur.

Ümumiyyətlə, cəmiyyətdəki proseslər, iqtisadi vəziyyətlə əlaqədar bütün riskləri nəzərə alıb hətta böhran olmadığı vaxtda belə insanlar öz xərclərinə diqqət yetirməlidir. Çünki israfçılıq nə kasıba, nə də varlıya yaraşır. Dünyanın düz vaxtında belə milyonlarını israf edib müflisləşən milyonçuları, eləcə də az gəliri ilə özünü milyonçu qədər xoşbəxt sayan kasıbları yada salmaq kifayətdir. Odur ki, iqtisadi vəziyyətin çətinliyindən qorxub psixoloji olaraq özümüzü yükləməkdənsə, lazımsız xərclərimizi azaldıb gəlirimizin qədrini bilməyi öyrənməliyik.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Beyləqanda faciə: qolunu dirsəkdən kəsdilər

27 İyul 2017 12:54

Bu ayın sonundak istidən BİŞƏCƏYİK

27 İyul 2017 12:53

Qayınatası həbs olunan Röya keçmiş ailəsinin BÜTÜN SİRLƏRİNİ ÜZƏ ÇIXARTDI: "O zaman..."

27 İyul 2017 12:53

Samsung Galaxy J5 - şəxsi məlumatlarınızın etibarlı qoruyucusu

27 İyul 2017 12:52

"Bu cür çörək qazanmaq kişiliyə sığan bir işdirmi?" - Millət vəkili

27 İyul 2017 12:52

Azərbaycanda dollar bir qədər də ucuzlaşdı

27 İyul 2017 12:49

Məhkəmə zalında həbs edildi

27 İyul 2017 12:47

ABŞ-da əyləncə mərkəzində FACİƏ: attraksion qırıldı: ölənlər var - VİDEO - FOTO

27 İyul 2017 12:47

Sabahın HAVAsı

27 İyul 2017 12:42

"Antonov" konserninin ləğvi Azərbaycana təyyarə tədarükünə təsir edəcək?

27 İyul 2017 12:42

Erməni jurnalist "Meydan TV"-yə işçi axtarır - FOTOFAKT

27 İyul 2017 12:42

Divarları və tavanı olmayan otel

27 İyul 2017 12:41

Bakıda qadını soyan 2 nəfər tutuldu

27 İyul 2017 12:39

45 tonluq balinanın əsrarəngiz şousu - VİDEO

27 İyul 2017 12:38

Tanınmış cütlüyün 19 yaşlı qızından cəsarətli FOTOlar

27 İyul 2017 12:37

Robot ilan suyun təmizliyinə nəzarət edəcək (VİDEO)

27 İyul 2017 12:35

Azərbaycanda öldürücü istilər qayıdır – 42 dərəcəyə çatacaq

27 İyul 2017 12:34

IDEA "Eko-skaut" layihəsi uğurla davam edir - FOTO

27 İyul 2017 12:32

Hər videosuna 18 min manat qazanan blogger Bakıda - FOTO

27 İyul 2017 12:32

"Aztelekom" MMC-nin sabiq baş direktoru azadlığa buraxılıb

27 İyul 2017 12:32

Neft qiymətləri dəhlizin aşağı həddini müəyyən edib

27 İyul 2017 12:32

"Səbail" yenə uduzdu

27 İyul 2017 12:32

Dizellə işləyən avtomobil olanlar OXUYUN!

27 İyul 2017 12:28

DİN Şəmkirdə ananın və iki azyaşlı övladının ölümü ilə bağlı məlumat yaydı

27 İyul 2017 12:27

Cabir İmanov oğul atası oldu

27 İyul 2017 12:27

Sabahdan Azərbaycanda havanın temperaturu artacaq

27 İyul 2017 12:27

Bakıda mənzildən 6 min manatlıq qızıl oğurlandı

27 İyul 2017 12:27

100 manatlıq saxta pullar aşkarlandı

27 İyul 2017 12:24

Dağınıq sklerozun müalicəsində bioloji təbabətin tətbiqi

27 İyul 2017 12:23

İki gün əvvəl maşınla vurulan piyada xəstəxanada öldü

27 İyul 2017 12:22

Bakıda polis 10 nəfəri tutdu – OĞURLUĞA GÖRƏ

27 İyul 2017 12:19

Hemodializ alan xəstələr nə qədər yaşayır? - HƏKİM AÇIQLADI

27 İyul 2017 12:18

Azər Zahid yeni realiti-şou ilə QAYIDACAQ

27 İyul 2017 12:18

Göygöl sakininin evindən narkotik tapıldı - VİDEO - FOTO

27 İyul 2017 12:17

İbrahimoviç bombası partlayır

27 İyul 2017 12:17

AZƏRBAYCAN: Avqustun 7-də axşam saatlarına DİQQƏT!

27 İyul 2017 12:17

Masallıda talvar və maşın yanıb

27 İyul 2017 12:14

“Biznesmen” HƏBS EDİLDİ

27 İyul 2017 12:13

İƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin görüş tarixi bəlli oldu

27 İyul 2017 12:12

Dizellə işləyən avtomobillərin ömrünə az qalıb

27 İyul 2017 12:12

Azərbaycandan gətirilən 18 ton pomidor Rusiyaya buraxılmayıb

27 İyul 2017 12:12

Sizə cəmi 20 qoz lazımdır, 20 qoz!

27 İyul 2017 12:10

Dünyanın ən güclü ordusu haqqında şok faktlar

27 İyul 2017 12:08

Robert Prosineçkinin köməkçisi “Panatinaikos” - “Qəbələ” oyununu izləyəcək

27 İyul 2017 12:07

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib

27 İyul 2017 12:07

Bu ilin növbəti Ay və Günəş tutulmaları olacaq - Tarix açıqlandı

27 İyul 2017 12:05

"Qəbələ" ilə ilk oyun üçün 21 futbolçu

27 İyul 2017 12:05

Yetim Eyvazın oğlu: "Ona başa salarlar ki, cinsi azlıq demək..."

27 İyul 2017 12:04

Orta əsr universitetləri ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: tələbələrə bunu edirdilər ki... - FOTO

27 İyul 2017 12:03

Bakıda biznes qurmaq adı ilə vətəndaşlardan 30 min manat pul alan şəxs məhkəmə zalında həbs edilib

27 İyul 2017 12:02