Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daxili İşlər Nazirliyinin məlumatı

Date: 31 December 2015 15:48


Bakı, 31 dekabr, AZƏRTAC
İctimaiyyətin nəzərinə bir daha çatdırmağı vacib hesab edirik ki, Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanununun 9-cu bəndinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların mülki dövriyyəsi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə böyük təntənə ilə qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində daxili işlər orqanlarının əməkdaşları bu cür əşyaların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150 minədək, Sumqayıt Səhər Polis İdarəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8 minə yaxın yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Tezalışan maddələr və pirotexniki məmulatların satışına qarşı mübarizə tədbirləri bayram günlərində də nəzarətdə saxlanılmaqla reydlər davam etdiriləcək.
İnsanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan belə maddələrin satış yerləri, eləcə də istifadə edilməsi barədə məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti"nə məlumat vermələri tövsiyə edilir.

Tags:  Daxili İşlər Nazirliyinin məlumatı


RƏYLƏR


Top news